Dünya

"Şaiyələrə inanmayın"

22 Avqust 2022 19:49
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq tərəfdaşların Ukraynaya hərbi dəstəyi azalmır, əksinə, artır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak mətbuat konfransında deyib.

"Şaiyələrə inanmayın. Bu (silah tədarükü sürətinin azalması - red.) doğru deyil. Biz tərəfdaşlarımızdan hərbi dəstək almağa davam edirik. Bu azalmır, əksinə artır. Bu, çox həssas mövzudur, ona görə də, bunu Silahlı Qüvvələrimizin nəticələri və qələbələri ilə göstərmək lazımdır", - Yermak bildirib.

O qeyd edib ki, bu gün Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Macarıstanın dövlət və hökumət başçılarının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşdə Ukraynanın əlavə silahlarla təmin olunması mövzusu müzakirə olunub. Prezident Aparatının rəhbəri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin lazımi hər şeylə təmin edilməsi kontekstində gələcək əməkdaşlıq üçün tərəfdaşlardan tam dəstək alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.