Dünya

Qadınlar soyunaraq Şoltsa etiraz etdilər - FOTO

22 Avqust 2022 09:15
0 Şərh     Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 21-də "Açıq qapılar günü" çərçivəsində kansler bağında Almaniya hökuməti başçısı Olaf Şoltsla fotosessiya təşkil olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyasətçinin yanına getməzdən əvvəl mühafizəçilər şəkil çəkmək istəyənlərin bütün əşyalarını və ciblərini yoxlayıblar.

Kanslerlə şəkil çəkdirmək adı altında iki qız Şoltsa yaxınlaşaraq paltarlarını soyunub. Qızların sinələri üzərində qaz embarqosu əleyhinə şüar yazılıb. Onlar hökumət başçısının qarşısına boyalı əskinasları da səpələyiblər.

Mühafizəçilər hadisəyə dərhal reaksiya verərək fəalları sıx halqaya alıb və onları ərazidən uzaqlaşdırıblar. Digər təhlükəsizlik işçiləri səpələnmiş əskinasları bir neçə saniyə ərzində toplayıblar.

Kansler narahat olmadan, qısa fasilədən sonra fotosessiyaya davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.