Dünya

Bu ölkədə çətənə qanuniləşdirilir

22 Avqust 2022 10:26
0 Şərh     Baxış: 1 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taylandda çətənənin leqallaşdırılması üçün mövcud qanunlara düzəlişlərlər yekunlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni qanun layihəsi gələn həftə ikinci oxunuş üçün Nümayəndələr Palatasına təqdim olunacaq.

Bu barədə ölkənin səhiyyə naziri Anutin Çarnvirakul bildirib.

"Qanun layihəsində 103 bölmə var və düşünürəm ki, o, problemsiz keçəcək, çünki bu, bütün tərəflərin birgə işinin nəticəsidir", - Anutin bildirib.

Qanun layihəsi narkotik maddənin dövriyyəsini tənzimləyəcək. Bundan əlavə, çətənə ilə bağlı məhsulların reklamına ciddi nəzarət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.