Dünya

Şahzadə Endryu Kraliça II Yelizaveta ilə gələcəyi ilə bağlı danışıb

21 Avqust 2022 19:34
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Endryu anası II Yelizavetanı Şotlandiyanın Balmoral qəsrindəki tətili zamanı ziyarət edərək gələcəyinin necə olacağını müzakirə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Şahzadə Endryu tətildə onun ilk qonağı olub. Təşkilatların palatalarından və hərbi rütbələrindən məhrum olan York hersoqu üç gün ərzində nə edəcəyi ilə bağlı danışıqlar aparıb.

"O, 62 yaşlı kişidir və bilir ki, ömrünün qalan hissəsini Vindzordakı Kral Lojasında itləri gəzdirməklə və at sürməklə keçirə bilməz", - mənbə Şahzadə Endryunun anasının yanına getməsinin məqsədini izah edib.

O, əlavə edib ki, hersoq nə edə biləcəyini düşünür.

"Anası ilə həyatda nə edə biləcəyini müzakirə edirdi. Amma digər ailə üzvləri ilə də daha geniş müzakirələr aparılır", - mənbə bildirib.

Başqa bir mənbənin dediyi kimi, Şahzadə Endryu "anasını dərindən məyus etdiyini" başa düşür. Lakin o, azyaşlıya təcavüz etməkdə təqsirli bilinmədiyi üçün "geri yol açmağa" cəhd etmək istəyir.

Qeyd edək ki, 2022-ci ilin fevralında 20 il əvvəl o vaxt yetkinlik yaşına çatmayan Virciniya Giuffreni zorlamaqda ittiham olunan Şahzadə Endryu ittihamçı ilə razılığa gəlib və ona çoxmilyonluq təzminat ödəməyə razılaşıb.

Daha əvvəl bildirilmişdi ki, kraliça şahzadə Endryunu York hersoqu titulundan məhrum etməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.