Dünya

Nəhəng köpəkbalığının hücumuna məruz qalan yeniyetməni dostu xilas etdi

17 Avqust 2022 13:00
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada beş metrlik köpəkbalığının hücumuna məruz qalan yeniyetməyə tez ilk tibbi yardım göstərilib və həyatı xilas edilib.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Hadisə bazar ertəsi, avqustun 15-də Qərbi Avstraliya sahillərində Mistaken adası yaxınlığında baş verib. 17 yaşlı Lük Pasko adlı şəxs dostu Konner Şirli ilə balıq ovu ilə məşğul olub. Gənc oğlan suda balıq tutarkən, böyük bir ağ köpəkbalığı ona hücum edib.

Suda peyda olan qana gələn yırtıcı yeniyetmənin ayağından ət parçasını qoparıb. Pasko sahilə çıxa bilsə də, ayağı çox qanayıb. Şirli dostunun yaralı ayağını kəmərlə bağlayıb, yoldaşını çiyninə qoyub və iti daşların üstündən iki kilometr məsafədən maşına aparıb. Bundan sonra Şirli Paskonu xəstəxanaya aparıb.

İndi Pasko həkimlərin nəzarətindədir və onun həyatına heç bir təhlükə yoxdur. "Mən həyatımı ona borcluyam", - Pasko xilaskarı haqqında deyib. "Dünən gecə yatağa uzandım və düşündüm: nə xoşbəxtəm ki, hələ də bu dünyadayam", - o qeyd edib.

Gənc əlavə edib ki, balıq ovuna çıxanda təhlükədən xəbəri olub və baş verənlərə görə yırtıcıdan çox özünü günahkar sayır. O, əmin edib ki, yaraları sağaldıqdan sonra okeana qayıtmağı səbirsizliklə gözləyir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.