Dünya

Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarıldı - Tolstoy, Dostoyevski...

17 Avqust 2022 15:45
0 Şərh     Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Təhsil və Elm Nazirliyi xarici ədəbiyyatın öyrənilməsi üzrə orta məktəb kurikulumunu yeniləyib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda xarici ölkələrin ədəbiyyatı proqramından rus və belarus müəlliflərinin əsərləri çıxarıldığı bildirilib.

"Proqramların məzmunundan rus və belarus müəlliflərinin əsərləri çıxarılıb. Əvəzində ədəbi prosesə uyğun şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla əcnəbi yazıçıların əsərləri əlavə edilib", - deyə məlumatda qeyd edilir.

Dünya ədəbiyyatı proqramında Puşkinin, Krılovun, Çexovun, Lermontovun, Bulqakovun, Tolstoyun, Turgenevin, Nekrasovun, Dostoyevskinin, Qriboyedovun əsərləri olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.