Dünya

Qoyun və keçilərin iştahı Avropanı meşə yanğınlarından xilas edəcək

17 Avqust 2022 15:07
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa şəhərlərindən birində quraqlıq fonunda meşə yanğınlarından xilas olmaq üçün keçi və qoyunlar cəlb edilib. Söhbət İspaniyanın Barselona şəhərindən gedir. Burada yerli hökumət heyvanların köməyi ilə yanğından mühafizə zonalarının yaradılması qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, metodun mahiyyəti mal-qaranın ən çox yanğın təhlükəsi olan ərazilərdə otarılmasıdır. Heyvanlar quru otla qidalanır və onu tapdalayırlar, bu da yanğının həmin ərazidən keçmə riskini azaldır.

O da bildirilir ki, keçi və qoyunlarla yanğının qarşısının alınması ideyası yeni deyil - əsrlər əvvəl istifadə edilib.

Mütəxəssislərin sözlərinə görə, yanğın riskini azaltmaqla yanaşı, belə otlaqlar biomüxtəlifliyin bərpasına kömək edəcək, çünki heyvanlar hərəkət edərkən torpağı gübrələyir və faydalı bitkilərin toxumlarını daşıyırlar.

Avropa İttifaqının (Aİ) "Copernicus" Yerin Müşahidə Proqramına əsasən, Avropanın quraqlıq dövründə meşə yanğınlarından ən çox İspaniya zərər çəkib - yanmış torpaqların, demək olar ki, 40 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.