Dünya

Nigeriyada daşqın 50 nəfərin həyatına son qoyub

14 Avqust 2022 21:56
0 Şərh     Baxış: 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın şimalında son dörd gündə güclü yağışın səbəb olduğu daşqın və çoxsaylı torpaq sürüşməsi nəticəsində azı 50 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin icraçı katibi Sani Yusuf bildirib.

"Ciqava əyalətində leysan yağışın səbəb olduğu daşqın nəticəsində avqustun 11-dən bəri 50 nəfər ölüb, yüzlərlə insan yaralanıb",- deyə o bildirib.

Yusifin sözlərinə görə, 200-dən çox ev və bina dağılıb.

Səlahiyyətlilər evlərini itirənlər üçün ştatda 11 müvəqqəti yaşayış düşərgəsinin yaradıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.