Dünya

80 ildən sonra ilk: ABŞ NATO ölkələrinə desant göndərir

13 Avqust 2022 08:14
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Şimali Atlantika Alyansına üzv olan Avropa ölkələrinə 2400 amerikalı əsgər göndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası Tvitter hesabında məlumat yayıb.

Bildirilir ki, paraşütçülərin Avropaya göndərilməsi qərarı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədindən sonra qəbul olunub.

"80 ildən sonra hava-desant diviziyası Avropaya qayıdır. Bu təşəbbüs NATO-nun şərq cinahını qorumaq, müttəfiqlərimizi sakitləşdirmək və bizə qarşı olanları saxlamaq üçündür", - bildirilib.

Qeyd edək ki, 2400 əsgər Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya ölkələrində yerləşdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.