Dünya

"Əgər Ukraynanın qələbəsini istəyirsinizsə..." - Zelenski

12 Avqust 2022 07:14
0 Şərh     Baxış: 986
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatlarını açıqlamamağa çağırıb.

Milli.Az "report"a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.

"Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi bir o qədər yaxşı olar", - o, deyib.

"Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz", - Prezident əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.