Dünya

"Donbasda vəziyyət ağır olaraq qalır" - Zelenski

8 Avqust 2022 07:21
0 Şərh     Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donbasda vəziyyət çox ağır olaraq qalır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

"Donbasda vəziyyət çox ağır olaraq qalır. Ordumuz rus qoşunlarının qarşısını almaq və onlara ən böyük itki vermək üçün əlindən gələni edir. Təəssüf ki, çoxlu insan həyatını itirir", - deyə Ukrayna dövlətinin başçısı bildirib.

O əlavə edib ki, Rusiya qoşunlarının qüvvələrini cəmləşdirməyə çalışdığı Xarkov vilayətində və Ukraynanın cənubunda da vəziyyət ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.