Dünya

Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

29 İyul 2022 19:52
0 Şərh     Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

"BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək", - nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.