Dünya

"İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır"

27 İyul 2022 22:51
0 Şərh     Baxış: 839
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

Polşalı həmkarı Mateuş Moravetski ilə görüşdən sonra o, ölkəsinin effektiv reqazifikasiya sisteminin olduğunu qeyd edib.

"Hesab edirəm ki, İspaniyanın reqazifikasiya və Avropa İttifaqı ölkələrinə qaz ixracı üçün mərkəzə çevrilmək imkanı var", - P.Sançes əlavə edib.

Daha əvvəl İspaniyanın qaz istehlakını azaltmaq zərurətindən qaçmaq üçün Pireney yarımadasından keçən iki qaz kəməri ilə Avropaya qaz ixracı və öz qaz sisteminin logistik imkanlarından istifadəni təklif edəcəyi bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.