Dünya

"Putinlə görüşümüz çox fərqli keçdi" - Ərdoğan

25 İyul 2022 23:48
0 Şərh     Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran səfəri çərçivəsində Putinlə görüşümüz çox fərqli keçdi, çünki Putin və Zelenski məsələsində hamıya düşmən deyil, dost gözü ilə baxırıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

Prezident iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Bundan əlavə, Ərdoğan İranda baş tutan Astana prosesi üzrə sammitdə terrorun əsas müzakirə mövzusu olduğunu xatırladaraq, Suriyanın terrorçu yuvasına çevrildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.