Dünya

"Biz gözümüzün qabağında dağılan Ukrayna tarixinə üzülürük"

25 İyul 2022 07:07
0 Şərh     Baxış: 1 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya öz xalqına qarşı olan Kiyev rejimindən ukraynalıların qurtulmasına kömək edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya daha yaxşısına layiq olan Ukrayna xalqına təəssüflənir.

"Biz gözümüzün qabağında dağılan Ukrayna tarixinə üzülürük. Kiyev rejiminin Ukraynanı Rusiyanın əbədi düşməninə çevirmək məqsədi daşıyan dövlət təbliğatına tab gətirənlərə təəsüf hissi keçiririk", - deyə Lavrov Qahirədə Ərəb Dövlətləri Liqası dövlətlərinin daimi nümayəndələri ilə görüşü zamanı bildirib.

Rusiya xarici işlər naziri bu cəhdlərin uğurlu olmayacağını vurğulayıb.

Lavrov bildirib ki, Ukrayna və Rusiya xalqları birlikdə yaşamağa davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.