Dünya

Çində havada yazmaq üçün lazer yaradıldı

24 İyul 2022 06:18
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin alimləri havada heroqliflər yarada bilən lazeri nümayiş etdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu lazerlərdən artıq bir sıra optik illüziyalar yaratmaq üçün istifadə olunurdu. Lakin əvvəllər bu məqsədlə onlara toz və ya tüstü kimi vasitələr lazım idi.

Yeni cihaz isə heç bir əlavə vasitə tələb etmir.

Tədqiqatçılar deyirlər ki, lazer hava molekullarından elektronları çıxarmaq və onları işığa çevirmək üçün ultraqısa impulslardan istifadə etməklə istənilən yerdə naxışlar çəkə bilər.

Alimlər ümid edirlər ki, bir gün bu texnologiya yüksəkdəqiqlikli vasitələr, beyin cərrahiyyəsi, tibbi alətlər və kvant hesablamaları kimi sahələrdə praktiki tətbiqini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.