Dünya

Rusiya ordusunu belə tükəndiririk - Podolyak

23 İyul 2022 10:00
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu dəqiq baş verəcək. Ukrayna ərazilərini Rusiyaya buraxmaq mümkün deyil. Əks halda bu, təxirə salınmış müharibə, Ukraynanın işğalı və məhvi olacaq - biz buna qətiyyən yol verə bilmərik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak izah edib ki, əks-hücum və onun vaxtı ilə bağlı konkret məlumatı yalnız Baş Qərargah və Ali Baş Komandan verə bilər:

"Hücum və ya əks-hücumun nə vaxt və necə baş tutacağını şərh etməyə hazır deyiləm. Operativ vəziyyət var: onlar (ruslar - red.) irəliləyirlər, biz dəf edirik və dərhal əks-hücuma keçirik. Onlar Ukrayna ərazisində hər kilometr irəliləyiş üçün çox yüksək bədəl ödəyirlər. Bu, çox yaxşıdır, çünki Rusiya ordusunu tükəndirir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.