Dünya

Şoltsun həyat yoldaşı rəsmi sənədləri zibilliyə atır

22 İyul 2022 23:55
1 Şərh     Baxış: 1 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Kansleri Olaf Şolts və onun həyat yoldaşı, Brandenburq əyalətinin təhsil naziri Britta Ernst məxfi sənədləri zibil qutusuna atırlar.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Spiegel" jurnalı məlumat yayıb.

Bildirilib ki, ötən ilin noyabrında Potsdamdakı evlərdən birinin sakinləri zibil qutusundan Ernstin Brandenburq Parlamentində söylədiyi nitqinin layihəsini tapıblar.

Həmçinin zibil qutusundan rəsmi olaraq məxfi sayılan sənədlər də tapılıb. Məsələn, iyun ayında Bavariyada keçirilən G7 sammitindən sonra dövlət və hökumət başçılarının fotoşəkilləri və qısa təsvirləri olan kağız parçası da zibillikdən çıxıb. Sənədin üzərində Almaniya Xarici İşlər Nazirliyinin "məxfi - yalnız rəsmi istifadə üçün" qeydi də olub.

Məqalə müəllifləri hesab edirlər ki, məxfi sənədləri zibilliyə atan əsasən Almaniya Kanslerinin həyat yoldaşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.