Dünya

Bu ölkə son 75 ilin ən isti yay günlərini yaşayır

22 İyul 2022 21:07
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 21-də İsveçin cənubunda rekord temperatur göstəriciləri qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Molilla şəhərində son 75 ilin ən yüksək temperaturu müşahidə edilib - 37,2 dərəcə. Həmçinin Qotland adasında havanın hərarəti 1901-ci ilin temperatur rekordunu yeniləyib. Krallığın cənubunda termometrlər 1992-ci ildən bəri ilk dəfə olaraq 35,3 dərəcəni göstərib.

İsveçdə havanın quraq keçməsi səbəbindən təbiət yanğınları təhlükəsi artıb. İyulun 20-də Uppsala şəhəri yaxınlığında patrul helikopteri meşə yanğını qeydə alıb. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi sayəsində yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.