Dünya

Filmin çəkiliş qrupunun üzvü güllələndi

21 İyul 2022 16:22
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NBC-nin "Qanun və qayda: Mütəşəkkil cinayətkarlıq" proqramının çəkiliş qrupunda ​​çalışan 31 yaşlı kişi dayanacaqda güllələnərək öldürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Nyu-York polisi məlumat verib.

Conni Pizarro adlı şəxs prodüser şirkəti üçün parkinq qaydalarına riayət olunması üzrə işə götürülüb. O, Bruklin ştatının Grinpoynt şəhərindəki Nort-Henri-stritdə avtomobildə oturarkən naməlum atıcı maşının qapısını açıb və ona atəş açıb. O, boyun və baş nahiyəsindən yaralanıb.

Atəş açan şəxs qaçıb, zərərçəkən isə təcili yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda cinayətkar və onun motivləri ilə bağlı axtarış aparılır, həmçinin ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.