Dünya

Kişi ticarət mərkəzində azyaşlıya təcavüz etdi - Anbaan VİDEO

19 İyul 2022 16:07
1 Şərh     Baxış: 3 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soçidə bir kişi şəhərin ticarət mərkəzinin uşaq otağına girərək üç yaşlı qıza sataşmağa başlayıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.

İyulun 16-da bir kişi oyun otağında olan uşağa yaxınlaşaraq onun dodaqlarından bir neçə dəfə öpüb. Rusun hərəkətləri videoya düşüb - uşaq otağının içərisinə kameralar quraşdırılıb. Görüntülər VKontakte sosial şəbəkəsində "ÇP Soçi" qrupunda yayımlanıb.

Zərərçəkənin anası polisə müraciət edib. İyulun 17-də şübhəli şəxs həbs edilib. Onun 35 yaşlı Belqorod sakini olduğu ortaya çıxıb. Hadisə ilə bağlı araşdırma aparılır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.