Dünya

“İranın atom bombası yaratmaq üçün texniki imkanları var”

17 İyul 2022 16:07
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib.

"Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur", - Xərrazi bildirib.

Strateji şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.