Dünya

ABŞ Fələstinə 300 milyon dollar yardım ayıracaq

15 İyul 2022 18:07
0 Şərh     Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ BMT xətti ilə Fələstinə 200 milyon dollar maliyyə yardımı ayıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün mən elan edirəm ki, ABŞ Fələstinə kömək etmək üçün BMT-nin müvafiq institutuna 200 milyon dollar maliyyə yardımı ayıracaq", - o deyib.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, fələstinlilərin səhiyyə xidməti üçün də ABŞ 100 milyon maliyyə yardımı ayıracaq.

"Mən prezident seçildikdən sonra sələfimin Fələstinlə bağlı siyasətini dəyişdim, yardımı bərpa etdim. 2021-ci ildə Fələstinin iqtisadi inkişafı və təhlükəsizliyinin təminatı üçün ABŞ yarım milyard dollardan çox maliyyə yardımı ayırdı. Pandemiya ilə mübarizə çərçivəsində 1 milyon doza peyvənd Qəzza və İordan çayının qərb sahilinə ianə edildi. Fələstinli qaçqınlara humanitar yardım üçün BMT-yə 400 milyon dollar maliyyə yardımı ayrıldı", - ABŞ prezidenti diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.