Dünya

"İndiyədək Rusiyanın 38 000 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

15 İyul 2022 12:22
0 Şərh     Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 000 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 672 tank, 3 866 zirehli döyüş maşını, 842 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 681 PUA, 155 qanadlı raket, 15 gəmi, 2 731 avtomobil texnikası və avtosistern, 67 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ən böyük itkiləri Kramatorsk şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.