Dünya

Uşaqların qaçırılmasını əngəlləmək istəyən ana özünü avtomobilin üzərinə atdı - VİDEO

12 İyul 2022 14:52
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da ana uşaqlarının qaçırılmasının qarşısını almaq üçün özünü avtomobilin avtomobilin üzərinə atıb.

Hadisə Nyu-Meksikoda baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın uşaqları avtomobildə qoyaraq alış-verişə çıxıb. Geri qayıdarkən qəfildən tanımadığı bir qadın onu itələyərək maşınına minib və ərazidən uzaqlaşıb. Ana avtomobilin üzərinə atılaraq cinayətkarı dayandırmağa çalışıb. Lakin onun bu cəhdi uğursuz olub.

Avtomobilin sahibi polisə zəng edərək altı yaşlı qızı və bir yaşlı körpəsinin oğurlandığını bildirib. Cinaytkar polis təqibindən xilas olmaq üçün uşaqlarla birgə avtomobili yol kənarında ataraq qaçıb.

Polis Regina Kastillo adlı cinayətkarı saxlayıb. Ona qarşı oğurluq, polisdən qaçmaq, həbsə müqavimət göstərmək və uşaqlara qarşı zorakılıq ittihamları irəli sürülüb.

Hadisə nəticəsində uşaqlar xəsarət almayıb və həkim müayinəsindən sonra analarına qovuşublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.