Dünya

"Ukraynaya hərbi müdaxilə ilə kömək edə bilməyəcəyik"

10 İyul 2022 21:56
0 Şərh     Baxış: 991
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, o, Ukraynaya müəyyən yardım vəd etmək istəyir, lakin bunu edə bilmir, çünki bu, hərbi müdaxilə tələb edir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.

"Mən söz vermək istərdim ki, biz Ukraynanın uğrunda döyüşlərin getdiyi ərazilərdən humanitar dəhlizlərə zəmanət verəcəyik. Lakin biz bunu təmin edə bilmərik. Belə vəd hərbi tədbirlərlə dəstəklənməlidir", - o qeyd edib.

Onun sözlərinə görə, bu səbəbdən o, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmayacağını açıq şəkildə söyləməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.