Dünya

Müharibə daha bir ukraynalı idmançının həyatına son qoydu

10 İyul 2022 20:30
0 Şərh     Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada rəqs idmanı üzrə beynəlxalq yarışların dəfələrlə qalibi olmuş 20 yaşlı Darya Kurdel vəfat edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, faciə iyulun 9-da səhər saatlarında Rusiya hərbçilərinin İnqulets mikrorayonunun atəşə tutulması zamanı baş verib. Həmin vaxt Darya və atası idman meydançasında məşq edirlərmiş.

Darya reanimasiya şöbəsində dünyasını dəyişib, atası isə həkim nəzarətindədir.

Qeyd edək ki, daha əvvəl Mariupolda 14 yaşlı ağır atlet Alina Perequdova və onun anası Rusiya hərbçilərinin açdığı atəş nəticəsində həlak olmuşdular.

Perequdova Ukrayna yığmasına namizədlər siyahısında olub və ötən il 17 yaşadək idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatının qızıl medalını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.