Dünya

Baş nazirin qatili suçunu tam şəkildə boynuna aldı

8 İyul 2022 23:54
1 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın sabiq Baş naziri Şinzo Abeyə atəş açan Nara prefekturasının 41 yaşlı sakini Tetsuya Yamaqami istintaq zamanı günahını tam şəkildə boynuna alıb.

Milli.Az xəbər verir ki, bu barədə prefektura baş polis idarəsinin rəisi mətbuat konfransı zamanı söyləyib.

Qatil Tetsuya Yamaqami istintaq zamanı Ş.Abenin də daxil olduğu müəyyən qrup siyasətçilərə nifrət bəslədiyini və bunun onu hücuma təhrik etdiyini söyləyib. Polis rəisi istintaqın davam etdiyini nəzərə alaraq, hələlik ətraflı məlumat verə bilməyəcəyini əlavə edib.

Yaponiya polisi T.Yamaqaminin sabiq Baş nazirə əldədüzəltmə silahdan atəş açması faktını təsdiqləyib. Polis cinayətkarın evində daha bir neçə silah və partlayıcı qurğu aşkarlayıb. Hazırda istehkamçılar onun evində axtarışları davam etdirilər. Qonşu evlərin sakinləri təxliyə olunub.

İstintaqa hüquq-mühafizə orqanlarının 90-dan çox əməkdaşının cəlb olunduğunu qeyd edən polis rəisi cinayət işi ilə bağlı əlavə məlumatları açıqlamağın məqsədəuyğun olmadığını deyib.

Xatırladaq ki, Yaponiyanın Baş nazir Şinzo Abeyə iyulun 8-də yerli vaxtla saat 11:30 radələrində Nara şəhərində küçə mitinqdə çıxış edərkən sui-qəsdə məruz qalıb. 41 yaşlı T. Yamaqami adlı şəxs ona kürəyindən iki dəfə atəş açıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.