Dünya

ABŞ-ın "F-35" təyyarələri Estoniyaya çatıb

8 İyul 2022 22:53
0 Şərh     Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "F-35" bombardmançı təyyarələri Estoniyadakı Əmari aviabazasına çatıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumatda hazırda orada Fransanın "Mirage-2000" təyyarələri və Belçikanın F-16-larının yerləşdirildiyi vurğulanır. Amerika qırıcıları "Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını gücləndirmək" üçün aviabazaya gəliblər.

Baltikyanı ölkələrin hava məkanında patrul xidməti üçün uyğun təyyarələri yoxdur. Bu səbəbdən NATO ölkələrinin təyyarələri növbə ilə hava məkanını qoruyur.

Bundan əvvəl Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə Baltik dənizi blok üçün "daxili dənizə" çevriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.