Dünya

Rusiya XİN-dən Litva və Aİ-yə XƏBƏRDARLIQ

8 İyul 2022 22:47
0 Şərh     Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına "sərt tədbirlər" tətbiq edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.