Dünya

G20 ölkələrinin XİN başçıları birgə bəyanatı razılaşdıra bilməyiblər - Ukraynaya görə

8 İyul 2022 20:15
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri İndoneziyanın Bali adasındakı görüşün yekunlarına dair birgə bəyanatı razılaşdıra bilməyiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onların arasında başlıca fikir ayrılığı Ukrayna ətrafındakı vəziyyətlə bağlı olub. Görüş iştirakçıları Ukraynadakı münaqişə və böhranla müşayiət olunan hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ortaq məxrəcə gələ bilməyiblər.

Həmçinin, görüş iştirakçılarının ənənəvi qrup şəkli də çəkilməyib.

Qeyd edək ki, Balidə G20 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşü iyulun 7-8-də keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.