Dünya

46 yaşlı müəllimə şagirdi ilə cinsi əlaqədə oldu

7 İyul 2022 20:27
0 Şərh     Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada tələbə ilə cinsi əlaqədə və nalayiq ünsiyyətdə ittiham olunan 46 yaşlı keçmiş müəllimənin işi üzrə ilk məhkəmə prosesi keçirilib.

Milli.Az bildirir ki, bu barədə "Manchester Evening News" xəbər verir.

Rebekka Uaythörst 2019-cu ildə "Greater Manchester County" məktəbində işləyərkən bir şagirdi ilə münasibətdə ittiham olunduqdan sonra özünü müttəhimlər kürsüsündə tapıb. Həmin vaxt oğlanın 16 yaşı yox idi, ittiham tərəfinin fikrincə, qadın bunu "bilirdi".

İddiaçının vəkili Julian Qud bildirib ki, Uaythörst və yeniyetmə arasında müəllim-şagird münasibətləri intim onlayn ünsiyyətə çevrilib. "Dərs saatlarından sonra daha çox ünsiyyət qurmağa başladılar, bu da cinsi xarakterli yazışmalara səbəb oldu", - o deyib.

Yazışma zamanı müəllimin şagird ilə səmimi fotolar mübadiləsi apardığı iddia edilir. Daha sonra qadının ondan bəzi mesajları silməsini xahiş etdiyi deyilir.

Məhkəməyə Uaythörstla bir-birlərini sevdiklərinə inandıqlarını bildirən yeniyetmənin dindirilməsinin stenoqramı təqdim edilib. Şagird avtomobilində qadınla cinsi əlaqədə olduğunu da təsvir edib. Gənc aydınlaşdırıb ki, bu, qarşılıqlı razılaşma əsasında baş verib və qadına zərər verməmək üçün heç nə demək istəməyib.

Keçmiş müəllimin vəkilləri müvəkkilləri ilə şagird arasında cinsi əlaqənin olması ilə bağlı iddiaları rədd edərək, ədəbsiz yazışmaları "saxta" adlandırıblar. Uaythörst zaminə buraxılıb, istintaq davam edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.