Dünya

ABŞ-da atəşfəşanlıqda atışma: 8 yaralı

5 İyul 2022 23:31
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Müstəqillik Günü münasibətilə atəşfəşanlıq zamanı baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hələlik heç bir şübhəli saxlanılmayıb. Polis şübhəlinin axtarışlarını davam etdirir.

Xatırladaq ki, ABŞ-ın Müstəqillik Günü paradı zamanı İllinoys ştatının Haylend Parkında atışma nəticəsində 6 nəfər həlak olub. 26 nəfər xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hadisə yerindən qaça bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.