Dünya

"Müharibənin uzunmüddətli olması üçün Rusiyanın..."

4 İyul 2022 07:14
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nə qədər davam edəcəyini heç kim bilmir. Çünki, müharibənin uzunmüddətli olması üçün Moskvanın böyük resursları var".

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "CBS"ə müsahibəsində bildirib.

Kansler bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək ideyasını həyata keçirə bilməyəcəklərini başa düşəndə ​​münaqişə sona çatacaq.

Şolts vurğulayıb ki, Qərb lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə qadirdir və bunun üçün Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaların fəaliyyətini davam etdirməsi vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.