Dünya

ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərini DONDURDU

29 İyun 2022 23:30
0 Şərh     Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərinin dondurulduğunu açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, REPO İşçi Qrupunun ilk 100 günündə sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlər bloklanıb və ya dondurulub.

Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərinin dondurulduğu bildirilən açıqlamada, sanksiyaya məruz qalan ruslara məxsus yaxtalara və lüks daşınmaz əmlaka da həbs qoyulduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.