Rusiya Daxili İşlər Nazirliyinin "Qrom" xüsusi təyinatlılarının əsgərləri ilə "StopXam" hərəkatının fəalları arasında baş verən dava hadisə şahidləri tərəfindən lentə alınıb.
Milli.Az bildirir ki, video "112" Telegram kanalında yayımlanıb.
Görüntülərdə kişilərin bir-birini döydüyü görünür.
Fəalların təhlükəsizlik qüvvələrinə hücumu ilə bağlı cinayət işi başlanıb. Dövlət məmurlarına qarşı zorakılıq tətbiqetmə maddəsi ilə istintaq aparılır. Müstəntiqlər şübhəlilər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət vermək niyyətindədirlər.
İrfan Vəliyev
Milli.Az