Dünya

NATO-dan Ukraynada hərbi münaqişənin uzanacağı ilə bağlı açıqlama

24 İyun 2022 21:40
0 Şərh     Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Atlantika Alyansı Ukraynadakı hərbi münaqişənin uzanacağını gözləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən "Rumıniyanın modernləşdirilməsində NATO və Avropa İttifaqının rolu" adlı konfransda NATO baş katibinin müavini Mirça Coana bildirib.

"Təəssüf ki, biz uzun sürən münaqişə proqnoz edirik. Getdikcə hər iki tərəfin itkiləri əhəmiyyətli dərəcədə çoxalacaq. Müharibənin gedişində qoşunların kiçik yerdəyişməsi hiss ediləcək",- deyə Mirça Coana qeyd edib.

NATO rəsmisi gələn həftə Madriddə keçiriləcək NATO sammitini tarixi hadisə adlandırıb.

"Biz NATO-nun şərq cinahında mövcudluğunu gücləndirmək üçün çalışacağıq",- deyə Coana əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.