Moskvada Dövlət Dumasının deputatı Aleksey Juravlev motosikletlə qəza törədib.
Milli.Az SHOT teleqram kanalına istinadən bildirir ki, parlamentari idarəetməni itirib.
Hər şey bir gün əvvəl, iyunun 22-də saat 22:00 radələrində Kutuzovski prospektində baş verdi.
BMW S1000RR markalı motosikleti idarə edən deputat idarəetməni itirərək aşıb. 59 yaşlı siyasətçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb, ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Aslan Məmmədov
Milli.Az