Dünya

Həbsxanada 6 məhkum bir nəfəri döydü, rəis işdən qovuldu

21 İyun 2022 19:07
0 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Vladimird şəhərində 5 saylı islah koloniyasının rəisi və onun tabeliyində olan bir neçə nəfər 6 məhbusun bir məhkumu döyməsinə görə işdən çıxarılıb.

Milli.Az bildirir ki, bu barədə "İnterfaks" Federal Penitensiar Xidmətin mətbuat bürosuna istinadən xəbər verir.

Agentliyin məlumatına görə, döyüldükdən sonra zərərçəkmiş ağır bədən xəsarətləri ilə yerli xəstəxanalardan birinə çatdırılıb. Daha sonra hadisə faktını yoxlamaq üçün Federal Penitensiar Xidmətin mərkəzi aparatının bir qrup əməkdaşı rayona ezam olunub. Komissiya müəyyən edib ki, hadisəyə səbəb "müəssisədə saxlanma rejiminin müəyyən edilmiş qaydalarına əməl olunmasına inzibati aparat tərəfindən nəzarətin zəifləməsi" olub.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.