Dünya

Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş var

20 İyun 2022 21:15
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Brüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Finlandiya prezidentinin ofisindən məlumat verib.

"Müzakirələr təxminən beş saat davam etdi. Bəzi məsələlərdə aydın irəliləyiş var, digərləri üzrə konsensusa çatmaq üçün hələ çox yol var. Əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirəni mümkün qədər tez davam etdirməkdir", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.