Dünya

Ukraynada rusca kitablar və musiqilər qadağan edildi

19 İyun 2022 18:45
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radası Ukrayna mediasında və ictimai məkanda rus və belarus kitablarının, musiqilərinin yayılmasını, istifadəsini qadağan edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün teleqram kanalında məlumat verib.

"Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna və Belarus ərazilərindən kitab və digər nəşriyyat məhsullarının idxalını və yayılmasını qadağan edib", - deputat qeyd edib.

O, həmçinin bildirib ki, Ali Rada Ukrayna KİV-də və ictimai yerlərdə Rusiya musiqisinin səsləndirilməsini də qadağan edib.

Qeyd edək ki, Rusiya və Belarus musiqisindən istifadəni qadağan edən qanun layihəsi 20 aprel 2022-ci ildə Ali Radaya təqdim edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.