Dünya

“Britaniya qoşunları Avropada döyüşə hazır olmalıdır” - Baş Qərargah rəisi

19 İyun 2022 18:22
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Patrik Sanders Böyük Britaniya qoşunlarının növbəti dəfə Avropada döyüşməyə hazır olmasını vacib sayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş Qərargah rəisi postunda Mark Karleton Smiti əvəzləyən Patrik Sanders əsgərlərə Ukraynadakı müharibə fonunda yeni çağırışların yarandığını bildirib.

Patrik Sanders deyib ki, indi güclü ordu yaratmaq və müttəfiqlərlə birgə Rusiyaya qarşı döyüşərək qalib gəlməyə böyük tələbat var: "Bizim nəsil ordunu yenidən Avropada döyüşmək üçün hazırlamalıdır. Mən 1941-ci ildən sonra Avropada dövlətlərin iştirakı ilə müharibənin fonunda orduya komandanlığı qəbul edən ilk Baş Qərargah rəisiyəm. Rusiyanın Ukraynaya hücumu bizim qarşımızda məqsəd qoyur ki, Böyük Britaniyanı müdafiə edək, gələcəkdə döyüşməyə və quruda qalib gəlməyə hazır olaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.