Dünya

FƏLAKƏT - Musson yağışları Hindistan və Banqladeşi cənginə alıb - VİDEO

19 İyun 2022 12:37
0 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan və Banqladeşdə başlayan musson yağışları həyatı iflic edib. Hindistanın Assam əyalətində güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb. Burada yaşayan 2 milyondan çox insanın evləri su altında qalıb. Banqladeşdə isə ildırım vurması nəticəsində 21 nəfər ölüb. Güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində isə daha 4 nəfər həyatını itirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Asiya qitəsinin ən böyük çaylarından biri olan Brahmaputranın daşması nəticəsində Assamda 3 min kənd və əkin sahələri su altında qalıb. 

Qauhatidəki hidrometerologiya mərkəzindən bildirib ki, bazar gününə qədər Assamın müxtəlif bölgələrində orta və güclü şiddətdə yağışlar gözlənilir. Ölkənin bütün əsas çaylarında suyun səviyyəsi yüksəlməkdə davam edir. Mərkəzdən verilən açıqlamada Sunamganc, Sylhet, Lalmonirhat, Kurigram, Nilphamari və Rangpur bölgələrində güclü yağışların fəsadlarının arta biləcəyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.