Dünya

Qara dənizdə Rusiyanın daha bir gəmisi məhv edildi

17 İyun 2022 12:45
1 Şərh     Baxış: 2 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus "Vasili Bex" qoşqu gəmisini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, gəminin göyərtəsində "TOR" zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan "Harpoon" gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində "Neptun" raketi İlan adası yaxınlığında Rusiyanın "Moskva" kreyserini vuraraq batırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.