Dünya

Ermənistan müxalifəti məğlubiyyətini etiraf etdi

15 İyun 2022 11:15
0 Şərh     Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, Fransa meydanındakı "çadır şəhərciyi" öz missiyasını yerinə yetirib, bundan sonra meydanda çadırların qurulub-qurulmamasından asılı olmayaraq, meydan Müqavimət hərəkatına məxsusdur.

Milli.Az bildirir ki, bu gündən etibarən çadırlar söküləcək, lakin Saqatelyanın sözlərinə görə, zərurət yarandıqda istənilən vaxt "çadır şəhərciyi"ni bərpa edəcəklər.

Onun sözlərinə görə, hakimiyyətə və baş nazir Nikol Paşinyana qarşı çıxan hər kəsi cəlb edə bilməyiblər.

"Biz onların hakimiyyətdən getmələri üçün hər şeyi etdik. İstənilən başqa güc gedərdi, amma bu güc qan istəyir. Biz artıq dedik ki, qan tökülməsini istəmirik və əgər bizi qətiyyətsizlikdə ittiham edirlərsə, bəli, bizim erməniləri öldürmək əzmimiz yoxdur", - Saqatelyan bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.