Dünya

Yelloston parkı 34 ildə ilk dəfə bağlandı - VİDEO

15 İyun 2022 18:45
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da 34 ildə ilk dəfə olaraq Yelloston Milli Parkının girişinin beşi də bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb leysan yağışlara görə böyük daşqınlar olmasıdır. Parkın hər yerində elektrik enerjisinin verilişində fasilələr müşahidə olunub.

İlkin hesablamalara görə, parkın bir çox yolları ya yuyulub, ya da daş və palçığa qərq olub, bir neçə körpü zədələnib.

Proqnozlara görə yağıntılar davam edəcək, bu səbəbdən bərpa işlərinin aylarla çəkə biləcəyi deyilir.

Mütəxəssislər dağıntıların nəticələrini öyrənir.

Bundan əvvəl park 1988-ci ildə dəhşətli meşə yağınları zamanı tamamilə bağlandı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.