Dünya

"Ukrayna daha çox ağır silahlar almalıdır"

15 İyun 2022 08:25
0 Şərh     Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Rusiyanın hücumuna qarşı tab gətirə bilmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Alyansın 7 ölkəsi ilə keçirilən iclasdan sonra deyib.

"Ukrayna daha çox ağır silahlar almalıdır. NATO müttəfiqləri və tərəfdaşları bu cür silahlar veriblər və bu səyləri gücləndirirlər. İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynaya dəstək üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək. Bu qrup NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya müxtəlif növ silah və hərbi texnika, o cümlədən ağır silahlarla təmin edilməsində səylərini koordinasiya etmək üçün mütəmadi olaraq toplaşır", - deyə Stoltenberq bildirib.

O xatırladıb ki, NATO müttəfiqləri uzun illərdir Ukraynaya dəstək verir. Baş katib müharibənin necə bitəcəyi haqqında proqnoz verməyin çətin olacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.