Dünya

Zelenskinin ofisi Gürcüstan Baş nazirinə cavab verib

14 İyun 2022 13:37
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zelenskinin ofisi Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə cavab verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Heç kim könüllü olaraq rus raketlərindən ölmək üçün növbəyə durmur, cənab Qaribaşvili. Ukrayna Avropa demokratiyasını seçərək dəhşətli bədəl ödəyir. Avropa İttifaqı öz sivilizasiyasını qorumaq üçün yüksək qiymət ödəyir. Dəyərlər mənfəətdən daha vacibdir. Sizin üçün vacib olan nədir? Ərizə növbəsinin nömrəsi?", - Podolyak vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Baş naziri hökumət iclasında bildirib ki, əgər Aİ-yə namizədlik statusu müharibə ilə müəyyən edilirsə, Gürcüstan müharibə istəmir. O əlavə edib ki, Gürcüstan bu statusa Moldova və ya Ukraynadan daha çox layiqdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.