Dünya

Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub

13 İyun 2022 23:48
0 Şərh     Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada Rusiyanın hücumu ilə əlaqədar yaradılmış beynəlxalq legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu rəqəmi Ukraynanın beynəlxalq müdafiə legionunun nümayəndəsi Damyen Maqru brifinqdə səsləndirib.

Onun sözlərinə görə, legionda bütün qitələrdən, hətta Braziliya, Cənubi Koreya, Avstraliya kimi uzaq ölkələrdən könüllülər var.

Maqru, həmçinin bildirib ki, legionda amerikalılar və britaniyalılar çoxluq təşkil edir. Onlardan sonra polyaklar, kanadalılar və müxtəlif ölkələrin nümayəndələri gəlir.

Beynəlxalq legionun nümayəndəsi informasiyanın məxfiliyini əsas gətirərək, legionerlərin ümumi sayını açıqlamaqdan imtina edib. O, maliyyələşmə məsələsinə dair suala cavab verərkən qeyd edib ki, beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.