Dünya

Məşhur şirkətə Rusiyaya məhsul ixrac etmək qadağan olundu

12 İyun 2022 23:21
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin Milli Ticarət Şurası "Tetra Pak"ın Rusiyaya məhsul ixracını davam etdirmək tələbini rədd etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Moskva vilayətindəki Lobnya şəhərində zavod sahibi olan şirkət daha əvvəl İsveç hakimiyyətindən humanitar əsaslarla Rusiyaya ixraca icazə verməyi xahiş edib. Bildirilib ki, "Tetra Pak" ölkədə istifadə olunan 10 süd və şirə paketindən yeddisini istehsal edir.

Eyni zamanda, Tetra Pak səlahiyyətli orqanlara müraciətində xəbərdarlıq edib ki, ixracın dayandırılması ilə əlaqədar şirkətin aktivləri milliləşdirilə bilər və bu, Rusiyaya "hazırda malik olmadığı texnologiyalara çıxış" imkanı verə bilər.

Qeyd edək ki, "Tetra Pak" qablaşdırma, müvafiq avadanlıqlar və maye qida emalı avadanlığı istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.